RU

MSK parlament seçkilərini izləmək üçün xarici müşahidəçilərə dəvət göndərəcək

"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir".

Bizim.Media xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyunun 29-da keçirilən iclasında söyləyib.

Bildirilib ki, ölkənin bütün ərazilərində növbədənkənar parlament seçkilərinin müşahidəsi üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə artıq başlanılıb.

Müşahidəçilərin qeydə alınması prosesi avqustun 22-dək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün isə avqustun 27-dək müraciət qəbul ediləcək.

“Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəçilərə də dəvət göndərəcəyik. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq”, - MSK sədri qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
9
bizim.media

10Источники