RU

Astana hava limanı uçuşlara bağlandı - Maraqlı səbəb

Qazaxıstanın Mülki Aviasiya Komitəsi (MHK Astana hava limanında hava məkanının müvəqqəti bağlanması və bununla bağlı reyslərin ləngiməsi ilə bağlı xəbərdarlıq edib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu, iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ilə bağlıdır.

Komitə bildirir ki, bu il iyunun 28-dən etibarən Astana hava limanında uçuşların gecikməsi “Şanxay təşkilatının sammitinə hazırlıq çərçivəsində Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin təyyarələrinin təlim uçuşları ilə əlaqədar Astana hava limanında hava məkanının müvəqqəti bağlanması ilə bağlıdır”.

Bildirilir ki, Astanada tətbiq edilən məhdudiyyətlər Almatı da daxil olmaqla, “digər şəhərlərdə uçuşların zəncirvari gecikmələrinə” gətirib çıxarır.

İyunun 29-da ŞƏT sammiti ərəfəsində Astana küçələrində zirehli yolsuzluq avtomobilləri peyda olub. Sosial şəbəkələrdə Astana sakinləri tərəfindən hərbi texnikanın foto və videoları dərc olunur.

ŞƏT rəhbərlərinin iclası ilə bağlı həmçinin iyunun 28-dən şəhərin bəzi küçələrində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Paytaxt rəhbərliyi izah edib ki, hazırlıq tədbirləri xüsusi dövlət və hüquq-mühafizə orqanlarının, eləcə də silahlı qüvvələrin resurslarından istifadəni əhatə edir. Bundan əlavə, təhlükəsizliyi təmin etmək üçün paytaxtda hüquq-mühafizə orqanlarının əməkdaşları Astana ətrafında nəzarət-buraxılış məntəqələri qurublar.

İyulun 4-də Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. ŞƏT-in baş katibi Zhang Ming-in oraya səfəri gözlənilir. Bundan əlavə, BMT-nin baş katibi Antonio Quterreş və bəzi beynəlxalq təşkilatların rəhbərləri görüşə dəvət olunub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
musavat.com

1Источники