RU

ABŞ-da seçkiöncəsi şok açıqlama- Harris hərəkətə keçir, Bayden vəzifədən kənarlaşdırılacaq...

Image

ABŞ-da canlı yayımda keçmiş prezident Trampın qarşısına çıxan Baydenə qarşı tənqidlər səngimir. Hətta ABŞ-ın ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Baydeni onu vəzifəsindən uzaqlaşdırmaq üçün hərəkətə keçdiyi iddia edilir.

ABŞ Nümayəndələr Palatasının üzvü respublikaçı Çip Roy vitse-prezident Harrisin “Konstitusiyaya 25-ci düzəliş”dən istifadə edərək prezident Baydenin impiçmentini tələb etməsi üçün qanun layihəsi hazırladığını açıqlayıb.

Roy sosyal medya hesabı X üzərindən etdiyi paylaşımda, Baydenin, "prezident vəzifəsini və səlahiyyətlərini yerinə yetirə bilmədiyi" üçün vəzifədən kənarlaşdırılmasına çağırış edəcəyini bildirib. 

Harrisi konstitusiyanın əlavə maddəsinə uyğun olaraq səlahiyyətlərindən istifadə etməyə çağıran Roy deyib: “Mən vitse-prezidentə 25-ci maddənin 4-cü yarımbəndinə uyğun olaraq səlahiyyətlərindən dərhal istifadə edərək, Baydenin vəzifə və səlahiyyətlərini yerinə yetirə bilmədiyi üçün kabinənin əsas vəzifələrini öz üzərinə götürməsinə çağırış edən bir qanun layihəsi təqdim etməyi düşünürəm”. 

Qanun layihəsi, respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında gündəmə gətirilərsə və qəbul olunarsa, Harrisə Baydenin vəzifədən kənarlaşdırılması məsələsində cavabını Konqresə çatdırmaq üçün 24 saat vaxt veriləcək.

ABŞ Konstitusiyasına edilən 25-ci düzəliş bir ABŞ prezidentinin öz vəzifələrini yerinə yetirə bilməyəcəyi müəyyən olunarsa, onun vəzifədən uzaqlaşdırılmasını və vitse-prezidentin onun səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürməsi prosesini tənzimləyir.

Maddənin icrası üçün, Harrisin prezidenti vəzifədən uzaqlaşdırmaq qərarını kabinet üzvlərinin mütləq əksəriyyəti dəstəkləməlidir.

Bu arada, Bayden respublikaçı rəqibi Trampla debatdan sonra seçki kampaniyasını davam etdirir. Şimali Karolina ştatının Raleigh şəhərində keçirilən mitinqdə çıxış edən Bayden Trampa işarə edərək ABŞ-ın təhlükədə olduğunu bildirib. Bayden tərəfdarlarına “ABŞ heç kimə boyun əyməyəcək. Biz diktatorlara qarşı duracağıq. Biz hər şeydən əvvəl demokratiyamızı qoruyacağıq, müdafiə edəcəyik. Bu seçkilərdə də məhz əsas olan budur”.

Bayden Trampın debatda dəfələrlə yalan danışdığını vurğulayıb. Mitinqdəki izdihamın “Onu həbs edib” şüarlarına reaksiya verən Bayden yenə Trampa eyham vuraraq “bunun üçün vaxtımız olacaq” deyib.

Yaşı ilə bağlı tənqidlərə gəlincə Bayden deyib: “Mən gənc olmadığımı bilirəm. Əvvəlki kimi asanlıqla yeriyə bilmirəm. Əvvəlki kimi rahat danışa bilmirəm, əvvəlki kimi mübahisə edə bilmirəm. Amma mən nə bildiyimi çox yaxşı bilirəm. Doğrunu, yanlışı, bu işi necə edəcəyimi bilirəm. Mən milyonlarla amerikalının nə bildiyini bilirəm. Bu işi bütün qəlbimlə, canımla görəcəyimə inanmasaydım, yenidən namizəd olmazdım”.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
baki-xeber.com

1Источники