RU

Maskdan ABŞ ilə bağlı gözlənilməz açıqlama

“ABŞ elə bir vəziyyətdədir ki, heç kim Amerika dövlətini həqiqətən idarə etmir”.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkə hesabında bildirib.

Amerikalı milyarder bunu ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvaminin postuna cavab verərkən deyib.

Belə ki, siyasətçi indiki dövlət başçısı Co Baydenin ölkəni həqiqətən idarə etmədiyini bildirib və “Elə isə sual yaranır: Bu halda kim idarə edir?” – deyə soruşub.

“Bəlkə də heç kim”, – deyə Mask cavabında yazıb.

Qeyd edək ki, bundan əvvəl Mask ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp arasında iyunun 27-də Atlantada (Corciya ştatı) baş tutan debatının hazırkı Amerika liderini Demokratlar Partiyasından başqa bir namizədlə əvəz etmək üçün hazırlıq olduğunu bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
2
nocomment.az

3Источники