Hesab edirəm ki, siyasi partiyalar da seçkidə geniş iştirak edəcək.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, partiyalar seçkiyə maraq göstərir, bunu mətbuatdan izləyir: “Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb”.