RU

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri avqustun 12-dək qəbul ediləcək

Bakı. Trend:

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll”keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdimetdikləri sənədlərin qəbul edilməsi və həmin təşkilatlarınakkreditasiyası barədə qərarın qəbul edilməsinə dair müddətəaydınlıq gətirilib.

Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının MilliMəclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsashərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 günqalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatlarınakkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun12-dək olan dövrü əhatə edəcək.

Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirməküçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarqəbul ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış AzərbaycanRespublikası Milli Məclisinin buraxılması və AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyinedilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Избранный
79
7
az.trend.az

10Источники