RU

Sərtan Taşkın karyerasını Azərbaycanda davam etdirə bilər

Başa çatan mövsümü “Manisa”da keçirmiş Azərbaycan millisinə də ara-sıra dəvət edilən Sərtan Taşkının yeni sezona harada başlayacağı hələ ki, dəqiq deyil.

Apasport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçuya təkliflər az deyil. Azərbaycan Premyer Liqasında yarışan “Araz-Naxçıvan” Taşkını ölkəmizə geri qaytarmaq istəyir. Lakin futbolçuya Türkiyə Birinci Liqasında yarışan klublardan da təklif var.

Daha dəqiq desək, “Adanaspor”la yanaşı bir klub da Taşkınla bir illik müqavilə imzalamağı planlaşdırır. Lakin Taşkının Türkiyədə qalacağı, yoxsa Azərbaycana qayıdacağı qarşıdakı həftə dəqiqləşəcək. Qeyd edək ki, futbolçunun “Manisa” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər olsa da, o, bu klubla yollarını ayırıb.

“İnter”in (indiki “Şamaxı”) yetirməsi və sabiq futbolçusu karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Turan Tovuz” klublarında da oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
apasport.az

1Источники