Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də ümumi çəkisi 16,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,6 kiloqramdan çox marixuana, 5 kiloqramdan artıq tiryək həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.