RU

"Turan Tovuz" Marandiçini də saxladı

"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Denis Marandiçi daha 2 il komandada çıxış edəcək.

Moldova millisinin də üzvü olan müdafiəçi  “Turan Tovuz”un heyətində 47 oyun keçirib. O, 2023-cü ilin yanvarından Tovuz klubunda oynayır.

Qeyd edək ki,  "Turan Tovuz" bu yay Şəhriyar Əliyev,  Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano,  Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev və Eltun Turabovla da müqavilə yeniləyib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
fanat.az

1Источники