RU

Qazaxda boks üzrə idman tədbiri keçirilib

Qazax rayonu ''Boks idman klub''-nun zalında boks üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıbdır.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda boks idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir. Daha sonra məşqçi müəllim Azər Əhmədovun rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
rekord.az

1Источники