RU

“Turan Tovuz” moldovalı futbolçu ilə müqaviləni yeniləyib

“Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.



Komanda.az xəbər verir ki, Denis Marandiçi daha 2 il komandada çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.



Moldova millisinin də üzvü olan müdafiəçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. O, 2023-cü ilin yanvarından Tovuz klubunda oynayır.



“Turan Tovuz” bu yay Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev və Eltun Turabovla da müqaviləni yeniləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərTuran Tovuz Futbol Klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
6
komanda.az

7Источники