RU

Cavid Hüseynov “Cəbrayıl”ı tərk etdi - “Turan Tovuz”a görə

Yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov sözügedən klubdan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssisin öz xahişi ilə komandadan ayrıldığı vurğulanıb: “Cəbrayıl” üçün böyk işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq. Təşəkkürlər, Cavid!”

Cavid Hüseynovun “Cəbrayıl”ı “Turan Tovuz”dan aldığı təklifə görə ayrıldığı iddia olunur. O, Tovuz klubunun yeni baş məşqçisi Kurban Berdıyevin köməkçilərindən biri olacaq.

Cavid Hüseynov daha öncə “Şamaxı”da (2022/2023 mövsümündə) məşqçi kimi çalışıb. 2023-cü ilin sentyabrında isə o, “Cəbrayıl”ın baş məşqçisi təyin edilmişdi. “Cəbrayıl” sözügedən məşqçinin rəhbərliyi altında ötən mövsüm İkinci Liqada 58 xalla 2-ci yeri tutmuşdu. Nəticədə Birinci Liqaya vəsiqə uğrunda pley-off görüşlərinə vəsiqə qazanan Hüseynovun rəhbərlik etdiyi komanda burada “Araz Saatlı” ilə üz-üzə gəlmişdi. İlk görüşdə 2:0, cavab matçında 3:1 hesabıyla qalib gələn “Cəbrayıl” Birinci Liqaya yüksəlmişdi.

Sonda onu da qeyd edək ki, Cavid Hüseynov məhz “Turan Tovuz”un yetirməsidir və peşəkar karyerasına da sözügedən klubda başlayıb. 2007-ci ildə sabiq yarımmüdafiəçi Tovuz klubunu tərk edərək AZAL-a keçmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
9
arena.az

10Источники