PSJ "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalı "rənglərinə bağlamaq" istəyir. Sport24.az "Mundo Deportivo"-ya istinadən xəbər verir ki, Fransa klubu 16 yaşlı futbolçunu "Real"a keçən Kilian Mbappenin əvəzedicisi kimi görür.
PSJ Yamal üçün dünya rekordu sayıla biləcək təzminat - 250 milyon avro ödəməyə hazırdı. Ancaq Kataloniya təmsilçisi Laminin satılmadığını bildirib.
Qeyd edək ki, PSJ 2017-ci ildə ən bahalı transferi həyata keçirmişdi. Belə ki, Fransa çempionu həmin il Neymara görə, "Barselona"ya 222 milyon avro ödəmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта