RU

Mərakeşdən Qəzzaya dəstək

Mərakeş qeyri-hökumət təşkilatı Ümmət Problemlərinə Dəstək Təşkilatından verilən açıqlamada dünən ölkənin bir çox şəhərində Fələstinlə həmrəylik nümayişlərinin keçirildiyi bildirilib.

Hürriyyət.az xəbər verir ki, nümayişlər zamanı İsrailin Qəzzada soyqırım, qırğınlar, aclıq və mülki əhalinin məcburi köçü kimi qanun pozuntularının pisləndiyi və rədd edildiyi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, ölkənin 46 şəhərində 106 nümayiş keçirilib.

Açıqlamada Qəzza ilə həmrəylik nümayişlərinin 38 həftədir ardıcıl olaraq davam etdiyi, nümayişçilərin Mərakeş hökumətini İsraillə normallaşmadan əl çəkməyə çağırdığı bildirilib.

Bəyanatda nümayişlərin İsrailin Qəzzaya hücumları dayanana və Fələstin xalqı öz ədalətli və qanuni haqlarını qazanana qədər davam edəcəyi bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 834 fələstinli həyatını itirib, 86 min 858 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
hurriyyet.az

1Источники