RU

Gədəbəydə RKUGİM-nin boks üzrə açıq birinciliyi keçirilib

Gədəbəy rayonu Gədəbəy İdman Klubunun zalında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında boks üzrə Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birincilikdə Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin direktoru Eldar Məhərrəmov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Müşfiq Məmmədov, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak edibdir. Açıq birincilikdə yarış barədə ümumi məlumat verilib, rayon idmançılar arsında dostluq əlaqəlarənin inkişaf etdirilməsi barədə çıxışlar edilib, idmançılara yarışda uğurlar arzu edilibdir. Yarışda Gədəbəy rayonunun idmançıları ilə yanaşı Ağstafa, Qazax, Şəmkir rayonu və Gəncə şəhərinin idmançılarıda iştirak edibdir. Yarışda 108 idmançı iştirak edib. Yarışda qalib olan idmançılar diplom və medallar ilə təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
rekord.az

1Источники