RU

Bəşər tarixinə yeni baxış: Daş dövrü insanları vegetarian olub

Bu yaxınlarda aparılan bir araşdırma ilə bitkilərin Mərakeşdəki Tafoqalt mağarasında yaşayan aaş dövrü ovçu-toplayıcılarının qidasının mühüm bir hissəsini təşkil etdiyini sübut edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu araşdırma ibtidai insanların daha çox ət yediklərinə dair geniş yayılmış inamı şübhə altına alıb.

Bu bölgədəki insan qalıqlarının kimyəvi analizləri göstərib ki, onların qidası əsasən, bitki mənşəli olub. Tədqiqatın nəticələrindən belə məlum olub ki, bu icmalar hələ əkinçilik başlamazdan təxminən 8000 il əvvəl bitki qidalarından çox asılı olublar. Bu isə bitki əsaslı qidaların yalnız kənd təsərrüfatının başlanğıcı ilə ortaya çıxdığı fikrini təkzib edib.

Tədqiqatlar nəticəsində İberomorların öz qidalarına az miqdarda ət daxil etdikləri də sübut edilub. Lakin bu icma digər ovçu-toplayıcılardan daha çox bitkiylə qidalanıb. İzotop analizləri də göstərib ki, o dövrdə körpələr 6-12 aylıq dövrdə bitki mənşəli qidalarla qidalanıblar.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
bakupost.az

1Источники