RU

Merilin Monronun evinin satışına qadağa qoyuldu

Hollivudun əfsanəvi aktrisası Merilin Monronun Los-Ancelesdəki evinə  mədəni irs statusu verilib. 

Demokrat.az bildirir ki, bununla da o, sökülmək təhlükəsindən xilas olub. Evin şəhərin simvoluna çevrildiyini əsas gətirərək qərar Los-Anceles Şəhər Şurası tərəfindən qəbul edilib. 
Çünki ev sahibləri torpaqlarını genişləndirmək üçün evi sökmək istəyiblər. Ancaq bu qərar həm də o deməkdir ki, ev satıla bilməz. 

Evin hazırkı sahibləri Brinah Milstein və Roy Bank, keçən il təxminən 8,35 milyon dollara mülk alıblar. Monro 1962-ci ildə bu evdə ölü tapılıb.

O, həmin il evini 75 min dollara alıb. Aldıqdan bir neçə ay sonra, cəmi 36 yaşında həyatını itirib.

Əfsanə Rəcəb
Demokrat.az
Избранный
106
demokrat.az

1Источники