RU

Murat Yakın: “İtaliyaya qarşı zövqlə oynasaq, qalib gələcəyik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün 1/8 finalında İtaliya yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İtaliya – daha çox futbol ölkəsidir, ona görə də onların favorit olma yükünü öz üzərlərinə götürmələrinə izn verməkdən məmnunuq. Bizim vahid komandamız var, bunu son üç oyunda nümyiş etdirdik. Özümüzə və qabiliyyətlərimizə tamamilə inanırıq. Zövqlə oynasaq, qalib gəlmək imkanımız olacaq.
Bizim, penaltiləri məşq etmək üçün vaxtımız vardı. Hər kəsin 11 metrlik zərbələri yerinə yetirmək imkanı vardı və biz özümüz üçün bəzi qeydlər aprdıq. Amma əlbəttə ki, bu, əsəbi vəziyyətdə, təzyiq altında penalti vurmaqla eyni deyil. Bizim, keçmiş yarışlarda oyunsonrası penaltilər təcrübəmiz var, amma ümidvarıq ki, oyun əsas vaxtda bitəcək. Bu, bizim qələbəmizlə bitəcək.

Burada olmaq üçün çox çalışmışıq. İldən-ilə ən maraqlı oyunlar keçirmişik. İtaliya yığması ilə mübarizəyə şad olacağıq. Düşünürəm ki, onunla açıq futbol oynayacağıq. Burada kimin favorit olduğu sualına cavab vermək istəmirəm. Biz onların taktikalarını, xasiyyətlərini bilirik və bacarıqlarından xəbərdarıq. Bu xüsusi bir oyun olacaq.

İtaliya – taktiki futbolun vətənidir və onların etdiklərini çox bəyənirəm. Onlar komanda şəklində, bir vahid kimi müdafiə olunurlar. Biz bütün mümkün dönüşlərə hazırlaşırıq, amma sonda bizim üçün əsas olan – planıma, futbol sistemimə sadiq qalmaqdır. Rəqibin nə etdiyinə nəzarət etmək və əvvəl-axır onu təəccübləndirmək istəyirik”, deyə Murat Yakın vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İsveçrə – İtaliya oyunu bu gün, iyunun 29-da Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Vurğulayaq ki, İtaliya yığması cari Avropa çempionu adını daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
arena.az

1Источники