RU

Türkiyədə erməni kilsəsinin bərpasına başlanıldı...-FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Suri bölgəsinin Əli Paşa rayonunda yerləşən Müqəddəs Sargis Erməni Kilsəsi bərpa olunacaq.
 
Moderator.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
 
İstanbul Erməni Patriarxlığı 508 illik tarixi olduğu deyilən kilsənin bərpa işlərinə başlayıb . Bu məqsədlə Türkiyənin Mədəniyyət Nazirliyi cəmi 5 milyon lirə ayırıb. Hesablamalara görə, bərpa üçün daha 2 milyon lirə lazımdır.
 
İstanbul Erməni Patriarxının duasından sonra işlərə başlanılıb.
 
Osmanlı dövləti dövründə kilsə peşə məktəbi kimi istifadə olunub. 1915-ci il olaylarından sonra kilsə nə dini, nə də başqa məqsədlər üçün istifadə edilməyib və hazırda xarabalıq vəziyyətindədir.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
moderator.az

1Источники