RU

Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin prezidenti ilə görüş keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC)prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar KardiologiyaMərkəzinin direktoru Tomas F.Lüşerlə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev ölkəmizdə kardiologiyanın inkişaftarixindən danışıb. Nazir vurğulayıb ki, ümummilli lider HeydərƏliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində tibbin bütünsahələrində, o cümlədən kardiologiyada mühüm nəticələrin əldəolunmasının əsası qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyialtında Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Birsıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birincivitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti MehribanƏliyevanın böyük xidmətləri var”.

Teymur Musayev çıxışında ürək-damar xəstəlikləri ilə qlobalmübarizənin təşviqi üçün vacib olan kardiologiyanın bütünspektrlərini əhatə edən ESC-nin fəaliyyətini yüksək qiymətləndirib.Nazir Avropa Kardioloqlar Cəmiyyətinin ürək-damar mütəxəssislərininpeşəkarlığını da qeyd edib: “Bu unikal şəbəkə bizə ürək-damarxəstəliklərinin təsirinin azaldılması istiqamətində geniş imkanlaryaradır”.

Səmimi qəbula görə minnətdarlığını bildirən ESC prezidenti beləgörüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacibolduğunu vurğulayıb. Tomas F.Lüşer Avropa Kardioloqlar Cəmiyyətininfəaliyyəti haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə,ESC Avropanın 57, o cümlədən Azərbaycanın milli kardiolojicəmiyyətini özündə birləşdirir.

Bakıda keçirilən III Ürək çatışmazlığı yeniliklər konqresininəhəmiyyətini vurğulayan Tomas F.Lüşer qeyd edib ki, Azərbaycandasəhiyyənin müxtəlif sahələrinin, o cümlədən kardiologiyanın aktualproblemlərinə həsr olunan beynəlxalq konqreslər hər zaman yüksəksəviyyədə təşkil olunub.

Görüşdə Avropa Kardioloqlar Cəmiyyətinin Azərbaycan SəhiyyəNazirliyi ilə kardiologiya sahəsində əməkdaşlığın genişləndirilməsibarədə faydalı müzakirələr aparılıb.

Qeyd edək ki, dünyanın ən çox istinad edilən alimlərindən biriolan professor Tomas F.Lüşer ürək-damar təbabətinə dair 500-dən çoxelmi məqalə, 200-dən çox resenziya və kitab fəsillərininmüəllifidir.

Səhiyyə
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
8
az.trend.az

9Источники