RU

"Siyasi struktur elədir ki, mühafizəkarlar həmişə üstünlüyü özlərində saxlayırlar" — ŞƏRH

İranda 14-cü prezident seçkiləri üçün 18 saatlıq ümummilli səsvermə prosesi başa çatıb. Yekun nəticələrə görə, səsverməyə 5 milyon 354 səslə Məsud Pezeşkiyan liderlik edir. Onun rəqibi Səid Cəlili 4 milyon 875 min 269 səslə toplayıb. Namizədlərin birinci turda seçilmək üçün 50+1 faiz səs toplaması lazım idi. Ən çox səs toplayan 2 namizəd iyulun 5-də keçiriləcək ikinci turda yarışacaq və qalib İranın 9-cu prezidenti olacaq. 

Bəs, seçimlərdən sonra İranı hansı dəyişikliklər gözləyir? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, indiki mərhələdə gələcəyə aid hansısa fikirləri səsləndirmək hələ tezdir. 

Tofiq Zülfüqarov qeyd edib ki, seçkilərdə lazimi dərəcədə səs qazanmayan nazimədlərin öz səslərini kimə verəcəkləri də sual altındadır: 



“Hələ dəqiq fikir söyləmək düzgün deyil. Çünki seçkilərin ikinci mərhələsi olacaq. Seçicilər öz qərarını verməlidirlər. Namizədlərin proqramları demək olar ki, fərqlənmir. Amma bu və ya digər namizədin hansı düşərgəyə aid olmasına barədə fikirlər var. Konservativ, yoxsa hansısa yenilikləri təbliğ edəcəklər- bunlar barədə fikir söyləmək tezdir. Çünki İranda çox mürəkkəb siyasi bir idarəetmə sistemi var. Prezidentin səlahiyyəti məhduddur. Çünki orda daha güclü səlahiyyətlərə malik digər bir qrup var. İranın gələcəyi üçün ali dini rəhbərin vəzifəsinə kimin seçiləcəyi barəsində müxtəlif fikirlər səslənir ki, yaşa görə bəlkə hansısa dəyişiklik baş verəcək. Yəni bu baxımdan hesab edirəm ki, konservativ, mühaFizəkar qanadı öz təsirini saxlamaqdadır. Bəziləri hansısa dəyişikliklərin tərəfdarı qanadının gəlməsinə ümid edir. Lakin hələ onların hakimiyyətə gəlməsi sual altındadır. Çünki seçkilər hələ yekunlaşmayıb. Amma bu postu tutandan sonra isə siyasi struktur elədir ki, mühafizəkarlar həmişə üstünlüyü özlərində saxlayırlar”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
demokrat.az

1Источники