RU

"İranda rejim kimi istəsə, o, prezident olacaq" - Açıqlama

"İran siyasi sisteminin idarə olunması, o cümlədən seçki prosesi bir qapıya oynamaq kimi bir şeydir. Yəni orda ciddi müxalifət, siyasi sistemə qarşı dayanmaq, hökuməti ciddi şəkildə tənqid etmək kimi variantlar yoxdur”.
Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli İranda keçirilən prezident seçkiləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda İranda hakimiyyət uğrunda çox zəif dava gedir:

“Prezident seçkilərində namizədlərin çoxluğundan hiss olunur ki, qeyri-ciddi bir tamaşa oynanılır”.

Q.Məhərrəmlinin seçki qutusu daşıyan avtomobilin atəşə tutulmasının adi kriminal hadisə olduğunu bildirib:

“Bu, kütləvi etirazın ifadəsi deyil. Bu, ayrı-ayrı namizədlərin istəyi ola bilər. Yaxud hökumət özü bunu təşkil edə bilər. Ona görə də bunu araşdırmadan izah etmək çətindir. Bütövlükdə götürəndə İranda prezident seçkilərində formal baxımdan bütün prosedurlar gözlənilir, amma rejim kimi, hansı namizədi istəyirsə, təbii ki, onun da qutudan çıxmasına şərait yaradır”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
bakupost.az

1Источники