"Turan Tovuz" gələn ay Türkiyəyə yollanacaq.
Bu barədəSportinfo.az-a klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov bildirib.
Onun sözlərinə görə, komanda iyulun 13-26-sı aralığında qardaş ölkədə təlim-məşq toplanışı keçəcək. Qərb təmsilçisi Ankara bölgəsində yerləşən Kızılcahamama üz tutacaq.
Kollektiv həmin müddətdə 2-3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Sparrinqlərin adlarına yaxın günlərdə aydınlıq gələcək.
"Turan Tovuz" hazırda Qəbələdədir. İki gün öncə bura gəliblər.
Kurban Berdiyevin çalışdırmağa başladığı komanda iyulun 10-dək Qəbələdə hazırlıq keçəcək.