Azərbaycan karateçisi Rahib Əzim Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1 Liqa” yarışında qızıl medal qazanıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, idmançı 76 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Aysu Əliyeva həmin turnirdə bürünc medala sahib çıxıb.
Mənbə: AZƏRTAC