RU

Aİ Misirə 1 milyard avro ayırıb

Avropa İttifaqı Afrika ölkəsində iqtisadi islahatları dəstəkləmək üçün Misirə 1 milyard avro ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Qahirədə Misir - Aİ investisiya forumunun açılış mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O xatırladıb ki, bu ilin martında Brüssel və Qahirə 7,4 milyard avroluq yardım sazişi imzalayıb.

Von der Leyen əlavə edib ki, forum iştirakçıları ümumi dəyəri 40 milyard avro olan 20-dən çox anlaşma memorandumu imzalamağı gözləyirlər.

Onun sözlərinə görə, sazişlər bir çox sahələrə, xüsusilə yaşıl hidrogen istehsalı, aviasiya və avtomobil istehsalı və kimya sənayesinə təsir edəcək.

Misir prezidenti Əbdülfəttah Əl Sisi ölkəsinin hazırda beynəlxalq və regional səviyyədə bir-birinin ardınca böhranla üzləşdiyini və bunun mənfi nəticələrinin bütün dünya tərəfindən hiss olunduğunu bildirib. O qeyd edib ki, Misir və avropalı tərəfdaşlar arasında dəstək bu kontekstdə xüsusilə vacibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
8
operativmm.az

10Источники