RU

“Güney Azərbaycan türkləri islahatçıları sevmir” – Təbrizli araşdırmaçı

 

“Məsud Pezeşkianı biz yalnız “islahatçı” kimi tanısaq da, bu gün onu reformçulardan kənar “mötədil” adlanan mühafizəkarlar da dəstəkləyir. Güney Azərbaycan türkləri islahatçıları sevmir və onları “fars milliyyətçisi” kimi görür”.

Yenicag.az xəbər verir ki, bu sözləri İran üzrə mütəxəssis, əslən təbrizli araşdırmaçı Arif Kəskin məqaləsində söyləyib.

Onun sözlərinə görə, buna baxmayaraq, Təbrizdə həqiqətən də onun mitinqi son seçkilərin ən izdihamlısı idi:

“Sistanda isə Pezeşkian ciddi dəstək qazanıb. Bütün bunları nəzərə aldıqda, Pezeşkian tipik islahatçıların deyil, əslində, İranda dəyişim istəyən və ənənəvi dairələrdən uzaq qalan insanların, icmaların namizədidir”.

“Seyid Əli Xamneyi məhz bu təbəqələri seçkiyə cəlb etmək və onların reaksiyasını cilovlamaq üçün onu seçkiyə buraxdı. 2021-ci ildə Rəisi qarşısında “Şuraye Nabahgan” (Nəzarət Şurası) onun namizədliyini bloklamışdı. Eyni zamanda, o, prezident olarsa, ali dini rəhbərliyə iddiasını ortaya qoymağa çalışacaq”, – deyə A. Kəskin söyləyib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
yenicag.az

1Источники