RU

İranda seçkilərin yeni təbliğat kampaniyası start götürdü

İranda prezident seçkilərinin ikinci turu ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, "Prezident seçkiləri haqqında" qanuna əsasən, yeni kampaniya ilk turun nəticələri elan olunduqdan sonra start götürür.

O, ikinci turda səsverməsinin başlanmasına 24 saat qalmışa qədər davam edəcək.

Bu mərhələdə iki əsas namizəd: Məsud Pezeşkian (10.415.991 səs) və Səid Cəlili (9.473.298 səslə) yarışacaq. Çünki ilk turda namizədlərdən heç biri mütləq səs çoxluğunu (50%+1 səs) toplaya bilməyib.

İran Konstitusiyanın 117-ci maddəsində deyilir: “Prezident seçicilərin mütləq səs çoxluğu ilə seçilir, lakin birinci turda namizədlərdən heç biri belə səs çoxluğu əldə etmədikdə, növbəti həftə, Cümə günü ikinci tur keçirilir və prezident seçkidə iştirak edən seçicilərin mütləq səs çoxluğu ilə seçilir".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
yenisabah.az

1Источники