RU

Eltun Turabov və Denis Marandiç də “Turan Tovuz”da qaldılar

“Turan Tovuz” daha iki futbolçusu – müdafiəçi Denis Marandiç və dayaq yarımmüdafiəçisi Eltun Turabov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Eltunla 1, Denislə 2 illik yeni müqavilə imzalanıb. Onların hər ikisinin müqaviləsinin müddəti bu yaya qədər idi.

Xatırladaq ki, Eltun Turabov “Turan Tovuz”a 2022-ci ilin yayında “Sabah”dan keçib. 27 yaşlı futbolçu Tovuz təmsilçisinin heyətində cəmi 26 oyuna çıxıb.

Turabov daha öncə “Sabah”, “Sumqayıt”, “Qarabağ” və “Bilis” (Albaniya) kimi klublarda da forma geyinib. Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millimizdə debüt şansı qazanmayıb.

Denis Marandiç isə 2023-cü ilin yanvarından “Turan Tovuz”un uğurları üçün çalışır. Moldovalı sol cinah müdafiəçisi əyalət klubunun heyətində 51 oyun keçirib, 2 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Marandiç daha öncə “Çelye”, “Leyriya” və “Zrinski” (Mostar) kimi klubların formasını geyinib. Moldovanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Denis, 2020-ci ilin sentyabrından əsas millidə forma geyinir. O, Moldova yığmasında 10 oyun keçirib, məhsuldarlıq nümayiş etdirməyib.

“Turan Tovuz” daha öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con və Faiq Hacıyevlə də yeni müqavilə imzalandığını açıqlamışdı.

Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”), Aydın Bayramov (“Zirə”) və Belaydi Pusi (“Şamaxı”) isə Tovuz klubunu tərk edib.

Gedənlərin əvəzində “Turan Tovuz” Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya) və Sergey Samoku (“KamAZ”, Rusiya) transfer edib. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
arena.az

1Источники