RU

Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı (VİDEO)

Bakı. Trend:

Bakıda fermadan “Makarov” oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci PolisBölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsindəmüxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağrayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkumolunmuş Nəriman Vəliyev saxlanılıb.

Onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədədpatron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraqüzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələtqəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyevdə saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ovtüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlusilah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvilverməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsindəaraşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
27
az.trend.az

10Источники