![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719651312_tr.jpg)
“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə təmsilçisi Moldova millisinin də şərəfini qoruyan müdafiəçi Denis Marandiçi ilə 2, yarımmüdafiəçi Eltun Turabovla isə 1 illik yeni müqavilə bağlayıb.
D.Marandiçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. E.Turabov isə iki mövsümdür Tovuz klubunda çıxış edir.