RU

Boliviyada çevriliş etmək istəyən keçmiş general və komandirlər həbs edildi

Boliviyada hökumətə qarşı çevriliş cəhdi ittihamı ilə saxlanılan keçmiş general Xose Zuniqa və iki komandir həbs edilib.
 
AZXEBER.COM xaricii mətbuata istinadən xəbər verir ki, məhkəmə Arce hökumətinə qarşı çevrilişə cəhd ittihamı ilə mühakimə olunan Zuniqa və iki komandiri 6 ay həbsə məhkum edib.

Digər tərəfdən, mətbuat konfransı keçirən daxili işlər naziri Eduardo del Kastillo çevriliş cəhdində iştirak etdikləri səbəbiylə daha 4 əsgərin saxlanıldığını və sayının 21-ə yüksəldiyini açıqlayıb.

Boliviya prezidenti Luis Arce çevrilişin təkbaşına planlaşdırdığı iddialarına reaksiya verib və ittihamları qətiyyətlə rədd edib.
 
Zuniqanın başçılıq etdiyi hərbi çevriliş cəhdinin olduğunu xatırladan Arce \"Bu nə təlimat və ya öz-özünə çevriliş planı ola bilər? Öz təşəbbüsü ilə hərəkət edib\" deyib.

\"O, bunu populyarlıq qazanmaq üçün etdiyimi iddia edir, mən xalqın qanı ilə populyarlıq qazanacaq siyasətçi deyiləm” deyən Arce Zuniqanın ittihamlarını son dərəcə \"çirkin” gördüyünü vurğulayıb.

Arce çevriliş cəhdindən bir müddət əvvəl silahlı qüvvələrdə qeyri-adi hərəkətlər gördüklərini və baş verəcəkləri proqnozlaşdırdıqlarını bildirib.

Saxlanılmadan qısa müddət əvvəl jurnalistlərə açıqlama verən Zuniqa \"Mən günahsızam. Keçən bazar günü Arce ilə görüşdük. Prezident mənə vəziyyətin çox pis olduğunu və ölkənin son dərəcə kritik bir dövrdən keçdiyini söylədi. Biz nəsə etməliydik\" - deyə o bildirib.
 
Boliviya Prezidenti Arce iyunun 26-da ölkədə bəzi hərbi hissələrin nizamsız şəkildə səfərbər edildiyini bəyan edərək ordudan demokratiyaya hörmət etməyi xahiş edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hərbi zirehli maşının paytaxt La Pazda hökumət sarayına daxil olmağa çalışdığı əks olunub.

Əsgərlərə reaksiya göstərən vətəndaşlara bibər qazı və təzyiqli su ilə müdaxilə edilib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
azxeber.com

1Источники