![“Turan](https://azertag.az/files/2024/2/1200x630/17196502531141360765_1200x630.jpg)
Bakı, 27 iyun, AZƏRTAC
“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Moldova millisinin də şərəfini qoruyan müdafiəçi Denis Marandiçi ilə 2, yarımmüdafiəçi Eltun Turabovla isə 1 illik yeni müqavilə bağlayıb.
D.Marandiçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. E.Turabov isə iki mövsümdür Tovuz klubunda çıxış edir.