Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə övladları ilə fotosunu paylaşıb. Matc.az xəbər verir ki, uşaqları da Ronaldonun özü kimi 2024-cü il Avropa çempionatında iştirak edən Portuqaliya millisinin formasını geyiniblər. AVRO-2024-ün qrup mərhələsinin yekunlarına əsasən, Ronaldo hər üç oyun iştirak edib və bir məhsuldar ötürmə edib. Xatırladaq ki, Portuqaliya millisi bu turnirin qrup mərhələsinin sonunda altı xal toplayaraq F kvartetində birinci yeri tutub. 1/8 final mərhələsində Portuqaliya yığması Sloveniya ilə qarşılaşacaq. Oyun iyulun 1-də baş tutacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта