RU

Tramp Baydenə: "Problem yaşda deyil, bacarıqsızlıqdadır"

\"Problem Baydenin yaşında deyil, onun qeyri-kafiliyindədir”.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi rəqibi Co Baydenlə canlı yayımda etdiyi debatdan sonra deyib.
 
İyunun 27-də canlı yayımda keçirilən debatda Baydenı qarşı böyük uğur qazandığını iddia edən Tramp Baydenin nə etdiyini bilmədiyini deyib.

Seçimin \"güclü və zəif, kafi və qeyri-kafi, sülh və müharibə” arasında olduğunu bildirən Tramp dünyanın 3-cü Dünya Müharibəsinə əvvəlkindən daha yaxın olduğunu deyib.

Əvvəlki kimi rahat yeriyə bilməyəcəyinin və danışa bilməyəcəyinin fərqində olduğunu ifadə edən Bayden \"Gənc deyiləm, amma nə etməli olduğumu bilirəm” deyib.

Doğru danışmağı bildiyini, doğru ilə yanlışı ayırd edə bildiyini söyləyən Bayden \"Milyonlarla amerikalı kimi mən də yıxılanda belə ayağa qalxmağı bilirəm\" deyib.

İqtisadiyyatı gücləndirmək və \"dünyanı (Vladimir) Putin kimi insanlara qarşı qorumaq üçün nə etməli olduğunu bildiyini deyən Bayden \"Bu işi bacara biləcəyimə ürəyimdən inanmasaydım, etməzdim\" deyə əlavə edib.

Canlı yayımdan sonra demokratların ifadə etdiyi tənqid və narahatlıqla bağlı Bayden \"Yalançı ilə mübahisə etmək asan deyil\" ifadəsini işlədib.

Bayden debat zamanı Trampın 26 dəfə yalan danışdığını iddia edib.

Tramp proqram boyu rəqibinə qarşı açıq üstünlük əldə edə bilməsə də, Bayden ikinci namizədliyində yaşı ilə bağlı narahatlıqları aradan qaldıracaq bir performans nümayiş etdirə bilməyib və proqramdan sonra sıx tənqidlərə məruz qalıb.

Mikayıl
Избранный
74
2
azxeber.com

4Источники