RU

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində biri rusiyalı qadın olmaqla iki nəfər ölüb- ÖZƏL

Türkiyənin Mersin şəhərində iki avtobus və bir avtomobilin toqquşması nəticəsində biri rus qadın olmaqla iki nəfər həlak olub. 

Olaylar.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yol qəzasında ümumilikdə 35 nəfər xəsarət alıb. İki avtobus və bir minik avtomobili toqquşub. Qəza Silifke mahalında tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasının yaxınlığında baş verib.

İlkin məlumatlara görə, Akkuyu AES-in işçilərini daşıyan avtobusun sürücüsü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb. Orada o, AES işçisinin idarə etdiyi avtomobillə və fəhlələrin olduğu digər avtobusla toqquşub. Agentliyin məlumatına görə, bir rusiyalı qadın və bir Türkiyə sakini ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
olaylar.az

1Источники