RU

“Barselona” 90 milyon avro tələb edir - Hücumçusunu satmaq üçün

“Barselona” hücumçusu Rafinya Diasla ayrılmağa hazır olacağı məbləği müəyyən edib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” braziliyalı futbolçu üçün 90 milyon avro tələb edir.

Səudiyyə Ərəbistanı klublarından “Əl-Hilal” Rafinyaya böyük maaş təklif etməyə hazırdır. Lakin onun özü Kataloniya klubundan ayrılmaq niyyətində deyil.

Rafinya 2022-ci ildə “Lids”dən “Barselona”ya keçib. O, bu müddətdə klubu ilə İspaniya çempionluğunu qazana bilib.

27 yaşlı futbolçu La Liqanın son mövsümündə 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
sportinfo.az

1Источники