RU

Türkiyənin oyununu ''lənətlənmiş'' hakim idarə edəcək!

AÇ-2024-ün qrup mərhələsi səddini dəf etməklə pley-offa yüksələn və çoxsaylı fanatlarını sevindirən Türkiyə yığması turnirdə keçirəcəyi növbəti oyuna hazırlaşır.

''Ay-ulduzlular'' 1/8 finalda iyulun 2-də Leyptsiq şəhərində Avstriya ilə qarşılaşacaqlar. UEFA bu oyunun hakimini açıqlayıb. Bu önəmli görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. 44 yaşlı ədalət təmsilçisi qrup mərhələsində Polşa - Niderland və Danimarka - İngiltərə oyunlarında fit sahibi olub. Amma bu təyinat türkiyəli fanatları narahat etməyə bilməz. Çünki Diaş Türkiyə təmsilçiləri üçün olduqca uğursuz, hətta lənətlənmiş hakimdi! İndiyə qədər əsas və gənclər yığmaları, eləcə də klub səviyyəsində Türkiyə təmsilçiləri bu hakimin idarə etdiyi 6 qarşılaşmanın hamısında (!) məğlub olublar. Həmin oyunların nəticələrini sizə təqdim edirik.

Türkiyə - Uels 0:2
Macarıstan - Türkiyə 1:0
Rusiya - Türkiyə 2:1
Monako - Fənərbaxça 3:1
Marsel - Əskişəhərspor 3:0
Yunanıstan U-21 - Türkiyə U-21 2:1

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
football-plus.az

1Источники