RU

"Aston Villa"dan 44 milyon avroluq transfer - RƏSMİ

İngiltərənin "Aston Villa" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Çelsi"dən İan Maatseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Aston Villa" 22 yaşlı sol cinah müdafiəçisi üçün London klubuna 44 milyon avro ödəyib. Birmingemlilər Niderland millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, İan Maatsen ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirib. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 16 Bundesliqa matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
sportal.az

2Источники