RU

UNEC-də Məzun Günü keçirilib: 5300-ə yaxın tələbə məzun adını qazandı (FOTO)

Bakı. Trend:

UNEC-in təntənəli “Məzun Günü 2024” keçirilib.

Bakı Kristall Zalda keçirilən Məzun Günündə universitetinrəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərləyanaşı, UNEC-in fəxri məzunları olan kənd təsərrüfatı naziri MəcnunMəmmədov, gənclər və idman naziri Fərid Qayıbov, digər dövlətrəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirakediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, sonra Elmi Şuranın üzvlərisəhnəyə dəvət olunublar.

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov builki Məzun Günündə ilk dəfə olaraq, Zaqatala filialınıntələbələrinin də iştirak etdiyini diqqətə çatdıraraq, bütünməzunlara təbriklərini ünvanlayıb: “Əziz məzunlar, bu gün böyükfərəh və iftixarla məzun olursunuz. Universitetdə qazandığınızbilik və bacarıqlarla Azərbaycanın iqtisadi inkişafına, parlaqgələcəyinə öz töhfələrinizi verəcəyinizdən əminəm. Bu əminlikÜmummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu günPrezident İlham Əliyevin böyük həssaslıqla davam etdirdiyi gənclərsiyasətinə, eləcə də Birinci vitse-president Mehriban xanımƏliyevanın təhsilə daim diqqət və qayğısına əsaslanır. Bu yoldaUNEC ailəsi olaraq, daim sizlərə dəstək olmağa davam edəcəyik”.

Rektor bu il UNEC-dən 3659-u bakalavr, 1605-i magistr olmaqla,5264 tələbənin məzun olduğunu deyib. Onlardan 6 tələbənin 4 iləvvəl reallaşdırılmağa başlanılan Universitet Daxili İki Diplomproqramının ilk məzunları olduğunu diqqətə çatdırıb.

UNEC-in fəxri məzunu, kənd təsərrüfatı naziri, Məcnun Məmmədovməzunları təbrik edərək, onları ərazi bütövlüyünü və suverenliyinitam bərpa etmiş ölkənin ilk məzunları adlandırıb. 20 il öncəİqtisad Universitetindən məzun olduğunu deyən nazir, tələbəlikdövrünü həyatın ən dəyərli günləri adlandırıb. Nazir gənclərə daimaöz üzərlərində çalışmağı, peşəkarlıq səviyyələrini artırmağı vəsevəcəkləri işlə məşğul olmağı tövsiyə edib. Ölkənin gələcəkinkişafının məhz savadlı və bacarıqlı gənclərdən asılı olduğunuvurğulayıb.

Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu olanMəcnun Məmmədova bütün qiymətlərinin “Əla” olduğu bakalavrdiplomunu əlavəsi təqdim edib.

Məzun Günündə UNEC-in Universitet Daxili İki Diplom proqramınınilk məzunları da səhnəyə dəvət olunublar. Proqramın 6 nəfərməzununa hədiyyələr təqdim edilib.

UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,33) iləbitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi SübhanƏlizadə çıxış edərək, bu illər ərzində ona dəstək olanvalideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünübildirib.

Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursuən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.

Məzun Günü ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonraxalq artisti Aygün Kazımovanın ifasında populyar mahnılarla vəməşhur DJ-lərin musiqi nömrələri ilə davam edərək, məzunlarasevincli və coşqulu anlar yaşadıb.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
8
az.trend.az

9Источники