RU

Danimarkanın baş məşqçisi: “Gücümüzə inanmalıyıq”

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann Avro-2024-də bu gün Almaniyaya qarşı keçirəcəkləri 1/8 final oyunundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yaxşı nəticə arzusunda olduqlarını deyib:

“Özümüzə və gücümüzə inanmalıyıq. Son illər yaxşı komandalara qarşı oyunlarımız çox olub. Həmişə təslim olmamağa çalışdıq və bunun faydasını gördük.

Son dərəcə diqqətli olmalıyıq. Çətin qrupdan çıxa bildik və indi növbəti çağırışa hazırıq. Bizimçün vacib an olacaq və ev sahibləri ilə döyüşəcəyik”.

Almaniya – Danimarka oyunu saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
futbolpress.az

1Источники