RU

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

“Neftçi”

Bakı, 29 iyun, AZƏRTAC

“Gürcüstan futbolunda yeni tarix yazıldı. Milli komandamız ilk dəfə çıxış etdiyi Avropa çempionatında 1/8 final mərhələsinə yüksəldi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycanda “Neftçi”, “Qarabağ” və “İnter” komandalarının formasını geyinmiş gürcüstanlı veteran futbolçu Georgi Adamiya ölkəsinin Avropa çempionatındakı çıxışını şərh edərkən deyib.

O, yığmanın böyük əzmkarlıq hesabına uğurlu nəticələr qazandığını bildirib: “Oyunçular, məşqçilər, federasiya və azarkeşlər bu uğurda böyük pah sahibdirlər. Qrupda üç maraqlı oyun keçirdik. Portuqaliya üzərində qazanılan qələbə möhtəşəm idi. Həmin gecə Gürcüstanda əsl bayram ab-havası var idi”.

44 yaşlı keçmiş hücumçu 1/8 finalda İspaniya seçməsi ilə qarşılaşacaq Gürcüstan seçməsinin şanslarını da dəyərləndirib: “İspaniya turnirin ən yaxşı komandalarından biridir. Deyərdim ki, onlar Avro-2024-ün favoriti hesab olunurlar. Çox çətin oyun olacaq. Lakin biz göstərdik ki, istənilən rəqiblə oynamaq olar. Futbolçularımız ispanlarla görüşdə də bunu edəcəklər”.

Qeyd edək ki, iyunun 30-da keçiriləcək İspaniya–Gürcüstan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azertag.az

1Источники