RU

Ərdoğan iyulda bir sıra rəsmi səfərlər edəcək

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısına qatılacaq.

Daha sonra iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Ərdoğanın iyul ayında sıx diplomatik gediş-gəlişinin ən əhəmiyyətli sütunlarından biri ABŞ olacaq. O, 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacaq.

İyulda keçiriləcək sammitlərdə Ərdoğanın həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yaxşılaşdırılması istiqamətində atılacaq addımların da müzakirə olunacağı zirvələrdə Ərdoğanın ən mühüm gündəm maddələrindən biri Qəzza olacaq .

Sammitlərdə Rusiya-Ukrayna müharibəsi, terrorla mübarizədə əməkdaşlıq, iqtisadi və ticari əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
11
turkic.world

6Источники