İyunun 30-da başa çatacaq cari kənd təsərrüfatı mövsümünün nəticələrinə əsasən, xarici alıcılara ixrac edilən Rusiya buğdasının həcmi rekord həddə çata bilər.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut məlumat verib.
"Belə bir ssenari reallaşarsa, rus fermerləri dünya bazarında liderliklərini təsdiqləyə biləcəklər. Cari mövsümün nəticələrinə əsasən, biz buğda ixracı üzrə rekord gözləyirik", - deyə Oksana Lut BRİKS ölkələrinin kənd təsərrüfatı nazirlərinin görüşündə qeyd edib.