RU

Polşa Ukrayna ilə təhlükəsizlik sazişi İMZALAYACAQ

Polşa yaxın günlərdə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftə Varşavaya səfər edəcəyi gözlənilir. İkitərəfli təhlükəsizlik sazişi bu səfər çərçivəsində imzalanacaq.

Vəziyyətlə yaxından tanış olan mənbənin sözlərinə görə, tərəflər sənədi iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl imzalamağı vacib hesab edirlər.
Ukraynanı dəstəkləyən ölkələrin ön sıralarda olan Polşa hökuməti bununla sammit iştirakçılarına Kiyevə daha çox kömək edilməli olduğuna dair siqnal göndərmək istəyir.

Bizim.Media

Избранный
127
3
bizim.media

4Источники