![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719645447_ren.jpg)
Türkiyənin “Amedspor” klubu millimizin hücumçusu Renat Dadaşovla anlaşa bilməyib.
Sportnet.az xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnməyib.
Bu səbəbdən də I Liqanın yeni təmsilçisi azərbaycanlı forvardı heyətinə qatmaqdan imtina edib.
Qeyd edək ki, müqavilə ilə İsveçrə “Qrasshopper”inə məxsus olan Renat Dadaşov ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.