RU

“The Washington Post” Baydeni əvəzləyə biləcək 10 namizədin adını yaydı

Amerika nəşri “The Washington Post” ABŞ prezidenti Co Baydenin rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra hazırkı prezidentin yerinə 10 namizədin siyahısını dərc edib.

Burada o cümlədən ABŞ vitse-prezidenti Kamala Harris və Barak Obamanın həyat yoldaşı Mişel Obamada yer alıb.

"Demokratlar partiyası 2024-cü il kampaniyasının çox hissəsini amerikalıların prezident Baydenin yaşı və zehni ilə bağlı problemləri fonunda başını quma basdırmaqla keçirdi", - məqalədə yazılıb.

Qeyd olunur ki, Demokratlar Baydenin debatdakı fəlakətli çıxışından sonra nəhayət “başlarını qumdan çıxarıblar”.

Bu baxımdan, prezidentə alternativlər arasında nəşr ABŞ-nin vitse-prezidenti Kamala Harrisi təklif edib. Lakin müəllif onun da "Bayden qədər populyar olmadığını" etiraf edir. Qəzet Miçiqan qubernatoru Qretxen Uitmerin adını ikinci yerdə yazıb. Qeyd edilib ki, o, “real alternativdir və kağız üzərində demək olar ki, mükəmməl görünür”. “The Washington Post”un siyahısında üçüncü yerdə ABŞ-ın nəqliyyat naziri Pit Buttiqiq qərarlaşıb. 

Məqalədə Baydenin yerinə namizəd kimi ABŞ-nin digər əyalət qubernatorları da təklif edilir. Bunlar Pensilvaniya, Kolorado və Kaliforniya qubernatorları Coş Şapiro, Jared Polis, Gavin Nyusom və Corciya senatoru Rafael Uornokdur.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
news365.az

1Источники