RU

Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir

ABŞ Azərbaycanla normal əlaqələr qurmaq və CənubiQafqazdakı proseslərə real təsir imkanlarına yiyələnmək istəyirsə,öz maraqlarından çıxış etməli, məhz öz mənafeyini güdməlidir. İlkbaxışdan paradoksal görünsə də, belədir.

ABŞ-nin dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiyaməsələləri üzrə müşaviri Ceyms O-Brayen dünən Bakıya rəsmi səfərəgəldi. Yüksəkçinli amerikalı diplomatın Azərbaycana səfərininsəbəbləri və məqsədləri çox olsa da, onların arasında ikisi xüsusiyer tutur:

1. Azərbaycanla Ermənistan arasında sülh sazişininimzalanması prosesi,

2. "Zəngəzur dəhlizi" layihəsi.

Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasındakeçirilmiş dinləmələr zamanı C.O-Brayen bəyan edib: "BirləşmişŞtatlar bir daha bəyan edir ki, Cənubi Qafqazda sülhlə stabilliyinbərqərar olmasında, habelə "Zəngəzur dəhlizi" adlandırılanticari-loqistika marşrutunun açılmasında maraqlıdır. Bakıyasəfərimə gəldikdə, sülh məsələsi indi sadəcə Azərbaycan üçün yox,bütün region və Mərkəzi Asiya üçün aktualdır".

O daha sonra bildirib: "Hazırda bir yol Gürcüstan ərazisindənQara dənizə gedir. Digər daha geniş marşrut Azərbaycan, Ermənistanvə Türkiyə ərazisindən keçə bilər. Bu səbəbdən bizə 1990-cıillərdən bəri davam edən ağır münaqişəyə son qoyacaq AzərbaycanlaErmənistan arasında sülh sazişi gərəkdir. Sülh sazişini imzalamağınvə savaşın nəticələrini aradan qaldırmağın vaxtı çatıb".

Göründüyü kimi, ABŞ Zəngəzur dəhlizi layihəsinin mümkün qədərtez gerçəkləşməsini istəyir. Amma bir şərtlə: dəhlizintəhlükəsizliyi heç bir halda Rusiyanın Federal TəhlükəsizlikXidməti (FTX) tərəfindən təmin olunmamalıdır.

C.O-Brayen dinləmələrdə "nədənsə" etiraf etməyib ki,Zəngəzur dəhlizi layihəsinin reallaşmasına indiyədək ən inadlışəkildə mane olan tərəflərdən biri də məhz Vaşinqtonidi.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 20-də Azərbaycan, Rusiya vəErmənistan arasında imzalanmış üçtərəfli bəyanata görə,Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında azad hərəkətitəmin edəcək Zəngəzur dəhlizi marşrutunda sərhəd və gömrüknəzarətini Rusiya FTX təmin etməlidir.

Bu şərtə hazırda Ermənistanla yanaşı, İran da qətiyyətlə etirazedir.

İran hesab edir ki, Zəngəzur dəhlizi layihəsi onun bölgədəkimaraqlarına ciddi zərbə vura bilər.

Ermənistanın və İranın tutduqları mövqe nəticəsində rəsmi Bakıgözləmə mövqeyi tutmadı, bu layihəyə alternativ olaraq İranərazisindən keçəcək nəqliyyat kommunikasiyası marşrutu ilə bağlıişlərə başladı. Həmin layihəyə əsasən, gələcəkdə İranın dəmiryol vəavtomobil yollarının da qoşulacağı bu marşurt beynəlxalq"Şimal-Cənub" marşrutunun bir hissəsinə çevrilə bilər.

Birləşmiş Ştatlar, təbii ki, Azərbaycanla İranı birləşdirəcəkyeni nəqliyyat kommunikasiyalarına qarşı çıxır.

Vaşinqtonun fikrincə, Zəngəzur dəhlizində Rusiya FTX-nin nəzarətfunksiyalarına yiyələnməsi Moskvanın Ermənistandakı hərbikontingentinin sayını artırmaqla yanaşı, Gümrüdəki 102-ci hərbibazanı da nəzərə alsaq, yeni layihəni Rusiyanın Ermənistanda ikinci"hərbi baza" yaratmaq cəhdlərinə şərait yaradacaq.

Birləşmiş Ştatlar Zəngəzur layihəsini işə salmaqlayanaşı, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasındanəqliyyat kommunikasiyalarının bərpasında maraqlıdır.

Vaşinqton üçün bu məqam Rusiyanın Cənubi Qafqazda və MərkəziAsiyada geosiyasi təsir imkanlarının azaldılması baxımından çoxböyük önəm kəsb edir.

Son müsahibələrindən birində isə Ceyms O-Brayen ABŞ-nin regionalsiyasətinin bir sıra məqamlarını aydınladan etiraflar edib:

"Mərkəzi Asiyadan Aralıq dənizinədək ticari marşrutugerçəkləşdirmək üçün nəsildə bir dəfə ələ düşən imkan var. Bu isəyalnız Azərbaycanla Ermənistan arasınla sülh əldə ediləndən sonramümkündür. Sülh əsas ticari yollarla yanaşı, həmin yollarda yeniistehsalatlar yaratmağa da imkan verəcək. Mümkündür ki, bir neçə ilsonra bu, o qədər də mühüm olmasın. Bir neçə il əvvəl mümkündeyildi. Mən də düşünürəm ki, yaxşı zamandır, çünki bu yol üzərindəolan ölkələr Rusiyadan asılılıqlarını azaltmaq istəyirlər.Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək marşrut CənubiQafqazla yanaşı, Orta Asiya ölkələrinə Rusiyadan yan keçmək şərtiləAvropa bazarlarına çıxış imkanları yaradacaq. Biz bu imkanıqətiyyətlə dəstəkləyirik. Görəcəksiniz, həmin imkan sayəsindəregion ölkələrinin iqtisadiyyatı çiçəklənəcək, insanların azadhərəkət və yaşam yeri seçimi imkanları artacaq".

Birləşmiş Ştatlar aydın, konkret şəkildə məqsədləriniaçıqladı.

Bütün bu bəyanatlar, açıqlamalar və məram təzahürləri indi yox,ən azı üç il əvvəl, 2021-ci ildə olmalı idi.

Fransa və Avropa İttifaqı ilə birlikdə, ABŞ da, əfsuslar olsunki, son üç ildə Cənubi Qafqazdakı proseslərlə bağlı danışıqlarda,müzakirələrdə və görüşlərdə faktiki olaraq Ermənistanın mövqelərinidəstəkləyib, az qalıb rəsmi İrəvanın narrativlərinitəkrarlasın.

Zəngəzur dəhlizi layihəsinin həddən ziyadə önəmli olduğunu rəsmiBakı 2020-ci ildən deyir - Vaşinqton deyilənləri eşitsə də,indifferent davranırdı. Halbuki sözügedən layihə bilavasitəBirləşmiş Ştatların subregional geosiyasi maraqlarının təminatıdırvə Vaşinqtonun bölgədə mövqelərinin möhkəmlənməsinə xidmətedir.

Di gəl, İrəvana tam dəstək siyasəti yürüdən Qərb, xüsusilə dəVaşinqton öz maraqlarını təmin etmək əvəzinə, Ermənistanınmənafelərindən bəhs edirdi.

İndi çox gec olsa da, Birləşmiş Ştatlar bölgəmizdəki yanlışsiyasətində düzəlişlər etmək imkanına malikdir. Bunun üçünVaşinqton rasional, praqmat və Cənubi Qafqazdakı geosiyasireallıqlara əsaslanan siyasət yürütməlidir.

Orta Asiyadan Aralıq dənizinədək yeni, strateji vəqlobal marşrutun işə düşməsini istəyən Vaşinqton bunun üçün nəetməli olduğunu bilir.

ABŞ ifrat dərəcədə geciksə də, anlamalıdır: Vaşinqtonun CənubiQafqazda uğuru onun Bakı və Tbilisi ilə münasibətlərindən asılıdır.Regional kommunikasiyalardan kənarda qalan, geosiyasiperspektivləri mücərrəd, daim kənardan idarə olunan və uzaqgüclərdən asılı qalmağa adət edən Ermənistan amerikalılaragələcəkdə uğur qazandıra bilməz.

Orta Asiyanı Aralıq dənizi sahilləri ilə birləşdirənkommuniksiyalara gəldikdə isə, Xəzər və Qara dənizlər arasındayeganə dəmiryol kommunikasiya marşrutu olan Bakı-Tbilisi-Qarsdəmiryol marşrutunun inşası layihəsi gündəmə gələndə məhz ABŞKonqresinin ölkənin banklarına, şirkətlərinə və maliyyəstrukturlarına sözügedən layihəyə investisiya yatırmağıyasaqladığını da unutmamışıq.

Əgər Orta Asiya-Aralıq dənizi vektoru üzrə daşımalar ABŞ üçün buqədər önəmlidirsə, nə üçün Bakının təşəbbüsü olan layihəyə qarşısanksiyalar tətbiq olunmuşdu?

Vaşinqtonun Bakı ilə münasibətlərində belə absurdlar,paradoksal, qərəzli yanaşma və subyektivizmlə bağlı xeyli misallarçəkə bilərik, amma zərurət yoxdur: hər şey onsuz da bəllidir.

Azərbaycan bölgə ilə bağlı yürütdüyü siyasətdə ABŞ-dən sadəcəməntiq, rasionalizm, praqmatizm və konstruktivlik gözləyir.

Məsələn, Birləşmiş Ştatlar bəyan edir ki, Azərbaycanın qərbbölgələrini Naxçıvanla birləşdirəcək avtomobil və dəmiryolmarşrutlarının İrandan keçməsini “məqsədəuyğun” saymır.

Bəs yaxşı, Ermənistanın İranla çox sıx və şaxələnmişkommunikasiyaları necə, amerikaları narahat etmir?

Ermənistanın hazırda N.Paşinyanın və komandasının bütünbəyanatlarına rəğmən, MDB ölkələrinin Avrasiya İqtisadi Birliyində,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya Gömrükİttifaqında yer alması, nominal və de-yure olaraq Rusiyanınhərbi-siyasi müttəfiqi olması Vaşinqtonu qayğılandırmır?

Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanıntranzit dövlət kimi istifadə etdiyi ölkələr arasında Ermənistanınolması, Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu, Ermənistandakıdəmiryol və qazpaylama şəbəkələrinə bütünlüklə (!) Rusiyanınnəzarət etməsi ABŞ-ni əndişələndirmir?

Görürük ki, yox. Tam əksinə, Azərbaycan üçün qapananimkanlar və resurslar Ermənistan üçün açıqdır.

Nikol Paşinyanı və Ermənistanı total dəstəkləyən amerikalısiyasətçilərlə diplomatlar Azərbaycana gəldikdə sərt ritorikaya əlatırlar.

Halbuki Azərbaycan bölgədə sülhə və stabilliyə can atır, ötənilin sentyabrından bəri Ermənistan üçün təhdid sayıla biləcək heçbir addım atmayıb.

ABŞ dərk etməlidir ki, Cənubi Qafqazda Ermənistandan alət kimiistifadə edərək, İrəvanı tam dəstəkləmək strategiyası Vaşinqtonunmaraqlarına xidmət etmir - maraqlarına qarşıdır.

Bir zamanlar Rusiya da Ermənistanı tam dəstəkləyir,bölgədə Ermənistanın maraqlarından çıxış edən siyasətyürüdürdü.

Amma məhz Ermənistan Rusiyaya arxa çevirdi və Rusiya bölgədəkimövqelərinin zəifləməsi ilə qarşılaşdı.

ABŞ indi Rusiyanın səhvlərini təkrarlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
5
az.trend.az

6Источники