RU

Putindən soyuq müharibəni qızışdıracaq açıqlama

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dünyanın müxtəlif nöqtələrinə orta və qısa mənzilli raket sistemləri yerləşdirdiyini ifadə edərək, “Bu hücum sistemlərinin istehsalına başlamalıyıq” deyib.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə onlayn görüş keçirib. Bütün dünya III Dünya Müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Putin ABŞ və Rusiya arasında soyuq müharibəni aktivləşdirəcək bir açıqlama verib.

Görüşdə Putin ABŞ-ın “ bəhanə gətirdiyini” və bir neçə il əvvəl orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı razılaşmadan çıxdığını açıqlayıb və “2019-cu ildə bu raketləri istehsal etməyəcəyimizi və ABŞ bu sistemləri dünyanın müəyyən bölgəsinə yerləşdirməyincə biz onları yerləşdirməzdik”.

ABŞ-ın bu raketləri müxtəlif bölgələrdə yerləşdirdiyinə dair məlumatların olduğuna diqqət çəkən Putin : “Biz bilirik ki, ABŞ bu raket sistemlərini nəinki istehsal edir, həm də təlimlər üçün Avropaya, Danimarkaya gətirir. Bu yaxınlarda onların Filippində olduqları açıqlandı” dedi.

Rusiyanın buna doğru bir addım atması lazım olduğunu vurğulayan Putin, "Görünür, bu hücum sistemlərinin istehsalına başlamalı və daha sonra real vəziyyətdən asılı olaraq, lazım gələrsə təhlükəsizliyimizi təmin etmək üçün onları hara yerləşdirəcəyimizə qərar verməliyik" dedi.

2019-cu ildə ABŞ Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilə 1987-ci ildə imzaladığı, 500-5500 kilometr mənzilli raketlərin qadağan edilməsini nəzərdə tutan Orta Mənzilli Nüvə Qüvvələri haqqında Müqavilədən (INF) çıxdı. nüvə başlığı ilə təchiz oluna bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
turkustan.az

1Источники