ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə eks-prezident Virciniyadakı tərəfdarları qarşısında bildirib.
O qeyd edib ki, bu, indiyədək heç kimin görmədiyi ən müasir raket əleyhinə müdafiə sistemi olacaq.
Gələcək raketdən müdafiə sistemi yalnız Amerika komponentlərindən hazırlanacaq.