RU

Türkiyə klubu Renat Dadaşovun transferindən imtina etdi

Türkiyənin “Amedspor” klubu millimizin hücumçusu Renat Dadaşovla anlaşa bilməyib.

Msport.az xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnməyib.

Bu səbəbdən də I Liqanın yeni təmsilçisi azərbaycanlı forvardı heyətinə qatmaqdan imtina edib.

Qeyd edək ki, müqavilə ilə İsveçrə “Qrasshopper”inə məxsus olan Renat Dadaşov ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
2
msport.az

3Источники